Türkiyədə Karaman Polis Şöbəsinə Türkiyə vətəndaşları - 50 yaşlı Mehmet D., 53 yaşlı Həsən Hüseyn D., 46 yaşlı Erdal Y.-nın əcnəbi qadınları avtomobildə pul qarşılığında cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olub.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Karaman bölgəsində keçirdiyi əməliyyat çərçivəsində Mehmet D., Həsən Hüseyn D., Erdal Y., Həvva C. və Azərbaycan əsilli H. M.-nı saxlayıblar.
“Çavuş” ləqəbli Mehmet D.-nin şəhərdəki litseylərin birində məmur kimi çalışdığı məlum olub. O və digər Türkiyə vətəndaşları polis bölməsində ifadə verdikdən sonra nəzarət şərtilə sərbəst buraxılıblar. Həvva C.-də azadlığa buraxılıb.
35 yaşlı H. M. tibbi müayinədən keçirilən zamanı onda cinsi yolla keçən və QİÇS-ə yol açan HİV virusunun olduğu aşkarlanıb. O da sərbəst buraxılaraq Azərbaycana deportasiya edilib.