Ölümə səbəb olan ZİL sürücüsünün məhkəməsi başlayır

15:28 - 2 İyul 2019 - Xəbər

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əfqan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə martın 17-də baş verib. Əsrik-Cırdaxan kənd sakini Əfqan Quliyevun idarə etdiyi ZİL markalı avtomobilin aşması nəticəsində sərnişin Əli Abbasov hadisə yerində ölüb.

Ə.Quliyevə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. /report

 

Xəbər xətti