Bu gün üç rayonda içməli su verilişi məhdudlaşdırılacaq

15:09 - 2 İyul 2019 - Xəbər

Bu gün ölkənin 3 rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu”dan  verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir./report

 

Xəbər xətti