Metro sərnişinlərinə ŞAD XƏBƏR!

12:51 - 2 İyul 2019 - Xəbər

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin avqust ayında daha iki qatar heyəti - 10 vaqonu Bakıya gətirəcək.

Bunu jurnalistlərə açıqlamasında qurumun Hərəkət xidmətinin rəisi Etibar İsayev deyib. Onun sözlərinə görə, yeni qatar tərkibi Bakıya gətiriləndən sonra sazlanma prosesi aparılaraq xəttə buraxılacaq: "Növbəti iki qatar tərkibi, 10 qatar isə sentyabr ayında Bakıda olacaq".

E.İsayev əlavə edib ki, yeni qatarlar əvvəlki qatarlardan bir çox xüsusiyyəti ilə fərqlənir: "Ümumilikdə bu ilin sonuna qədər 6 qatar tərkibi - 30 vaqon Bakıya gətirilərək xəttə buraxılacaq"./trend

Xəbər xətti