SOCAR-ın gəmisində DƏHŞƏTLİ PARTLAYIŞ: ölü və yaralılar var - Açıqlama- FOTO

11:57 - 2 İyul 2019 - Xəbər

Türkiyənin İzmir şəhərində gəmi yanıb.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, Petkim limanında SOCAR şirkətinə aid gəmidə partlayış olub. Ardınca isə yanğın çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki, məlum deyil. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italyalı, ölən şəxs isə rumıniyalıdır.
Yanğın nəzarətə alınıb. Prokurorluq istintaq araşdırmalarına başlayıb.

***
 

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, partlayış baş verən gəmi “Socar Turkey” şirkətinə məxsus deyil. 

O, qeyd edib ki, gəmi İtaliya şirkətinə məxsusdur: “Həmin gəmi başqa gəmilər kimi Türkiyədə SOCAR terminalına yan alıb. Yanğın limanda deyil, gəminin özündə baş verib. Hadisə bu gecə baş verib. Hazırda məndə olan məlumata görə, bir nəfər dünyasını dəyişib. Digər yaralının isə vəziyyəti ağırdır”.


Xəbər xətti