Bakıda 55 min manatlıq gəlin paltarları oğurlanıb

18:16 - 22 İyun 2019 - HADİSƏ

Bakıda gəlin paltarlarının satıldığı mağazadan oğurluq edilib.

Nəsimi rayonunda iş adamı Azər Mustafayeva məxsus mağazadan 55 min manatlıq gəlin paltarı və aksessuarları oğurlanıb. Hadisəni törədən şəxslər - 36 yaşlı Araz Hüseynov, 26 yaşlı Əli Qarayev və qardaşı 28 yaşlı Fərhad Qarayev polislər tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar aparılır./Apa

Xəbər xətti