Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Sabunçuda 19 yaşlı qız atasını bıçaqladı

Bakıda atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Sabunçu rayonunda baş verib. Ramana qəsəbə sakini, 19 yaşlı Günel Hüseynova atası, 49 yaşlı İlham Hüseynovu ailə-məişət münaqişəsi zəminində bıçaqlayıb.

Üç bıçaq xəsrəti alan yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində İlham Hüseynovun həyatını xilas etmək mümkün olub.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Günel Hüseynova saxlanılıb.

O atasını evə daim sərxoş vəziyyətdə gəldiyini bildirib.

Bu səbəbdən evdə soz-söhbət olub.

Hadisə baş verən günü də İlham evə sərxoş vəziyyətdə gələrək, ailəni incidib, qalmaqal salıb. Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç zərbə endirib.

İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Tarix
20 İyun 2019 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-20 15:16:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin