Elektron qeydiyyatından keçmiş fermerlərin sayı 300 min nəfəri ötüb

14:52 - 20 İyun 2019 - Xəbər

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlərin sayı 300 min nəfəri ötüb. 

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, iyunun 19-na olan məlumata görə, 300 359 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.
Fermerlərdən 218 147 nəfər EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdiriblər. 61 044 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 6349 fermer icarə sənədi, 3126 fermer etibarnamə, 638 fermer vərəsəlik şəhadətnaməsi, 320fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 95 faizi, yaxud 15 560 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Xaçmazda 12 348, Cəlilabadda 11 229, Şəkidə 10 285, Bərdədə 10 105, İmişlidə 9 652, Saatlıda 9 284, Qubada 8 864 fermer EKTİS-də qeydiyyat prosedurunu tamamlayıb.

Xəbər xətti