XİN rəhbəri Vaşinqtonda həmsədrlərlə görüşüb

07:29 - 20 İyun 2019 - Xəbər

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Bunu öz "Twitter" səhifəsində XİN-in mətbuat katibi Leyla Abdullayeva yazıb. "Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür", - deyə o qeyd edib. ("Report")

Xəbər xətti