Neftçalada 29 yaşlı gənc güllələndi

10:26 - 19 İyun 2019 - HADİSƏ

Neftçalada odlu silahla bağlı insident baş verib.

Hadisə rayonun Astanlı kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya xəstəxanada ilk tibbi yardım göstərilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaralının dediyinə görə, qonşusu Məhəbbət adlı şəxs tərəfindən güllələnib.
Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti