Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO

23:01 - 18 İyun 2019 - Xəbər

Ötən gün Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında baş vermiş güllələnmənin daha bir videosu yayılıb.

Qeyd edək ki, cinayət rayonun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməklə törədilib.

Hadisə nəticəsində dörd nəfər ölüb, dörd nəfər yaralanıb.
Oxu.Az həmin görüntüləri təqdim edir:
 

Xəbər xətti