Bakıda çimərlikdə FACİƏ, 15 yaşlı uşaq dənizdə batdı

10:26 - 18 İyun 2019 - HADİSƏ

Bakıda 15 yaşlı uşaq dənizdə boğulub.

Hadisə paytaxtın "Şıx" çimərliyində baş verib. Bakı şəhər sakini, Malışeva İlhamə Firudin qızı sevgilisi Eduard Qvenadze, övladları - Vaqin Andreyev, Umar Malışev və qızı Aleksandra Rəhmanova ilə birlikdə "Şıx" çimərliyindəki kafelərdən birinə gəliblər. Bir müddətdən sonra uşaqlar dənizdə çimərkən 2004-cü il təvəllüdlü V.Andreyev dənizdə batıb.

Təxminən 20-25 dəqiqədən sonra V.Andreyevin boğulmuş meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti