Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Azərbaycan içki ixracını 2 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 11 803,89 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 724,49 min dollar və yaxud 94,16% (2 dəfə) çoxdur.
Bu ilin iki ayında içki ixracı ümumi ixracın 0,14%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə 26 055,67 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 1 260,49 min dollar və yaxud 4,61% azdır. İçki idxalı ümumi idxalın 0,71%-ni təşkil edir.

Qeyd edək ki, Azərbaycanın 5 aylıq ticarət dövriyyəsinin 8,615 mlrd dolları ixracın, 5,834 mlrd dolları isə idxalın payına düşüb.

Tarix
17 İyun 2019 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-17 17:20:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin