Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb

15:38 - 17 İyun 2019 - HADİSƏ

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti