Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Masallının üç kəndində pomidor sahələrində "sovka" xəstəliyi yayılıb

 Masallı rayonunun üç kəndində pomidor sahələrində "sovka" xəstəliyi yayılıb. 

Məlumata görə, on gün ərzində zərərverici həşəratlar Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərinin təsərrüfatlarına xeyli ziyan vurub.

Fermerlərin narahatçılığına səbəb ciddi tədbirlər görülməyəcəyi təqdirdə, xəstəliyin bütün əkin və pomidor məhsulunu zay etmək təhlükəsidir.

Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən  bildirilib ki, görülən tədbirlər nəticəsində xəstəliyin qarşısı qismən alınıb: "Masallı Rayon Bitki Mühafizəsi Mərkəzin mütəxəssisləri fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumat verib. Lakin "sovka" karantin zərərverici sayılmadığı üçün fermerlər öz hesablarına kimyəvi dərman preparatlarını almalıdırlar. Dərmanlama aparatlarının olmaması da fermerlərə zərərvericilərə qarşı mübarizədə müəyyən çətinliklər yaradıb".

"Təsərrüfatlarda əvvəlki illərdə də analoji problemlə üzləşilib. Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılmasından ötrü hazırda pomidor sahələrində dərmanlama işləri aparılır", deyə məlumatda vurğulanıb./report

Tarix
17 İyun 2019 [10:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-17 10:41:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin