Yevlaxda "Qazel" minik maşını ilə toqquşub, ölən var

11:02 - 16 İyun 2019 - HADİSƏ

Yevlax rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbınəsı kəndi ərazisində qeydə alınıb. "Qazel" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, daha iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti