"İnstagram"ın işində problemlər yaranıb

08:21 - 14 İyun 2019 - Xəbər

"İnstagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Bu barədə "Downdectector" saytı məlumat verib. Məlumata əsasən, sosial şəbəkə istifadəçilərinin 80 faizi lentanı yeniləyə, 9 faizi isə şəbəkəyə daxil ola bilmir.

Ən çox şikayətlənən ABŞ-ın Kaliforniya ştatı və şərq sahillərinin istifadəçiləridir. Problemlər Avropada və Cənubi Amerika və Yaponiya da müşahidə olunur./trend

Xəbər xətti