Goranboyda azyaşlı qıcolmadan vəfat edib

10:36 - 12 İyun 2025 - ÖLKƏ İÇİ

Goranboy rayonunda bir yaşlı uşaq qıcolmadan vəfat edib.

Ucnoqta.az xəbər verir ki, iyunun 11-i saat 19 radələrində Zeyvə kənd sakini 2024-cü il təvəllüdlü Emil Nuravi oğlu Kərimov qıcolma diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə ilə bağlı aidiyyəti üzrə araşdırma aparılır.

Xəbər xətti