Yardımlı sakinindən 6 kq tiryək götürülüb

11:53 - 13 İyun 2019 - HADİSƏ

Yardımlı sakininin üzərindən 6 kiloqram tiryək aşkarlanıb. 

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Yardımlı şəhəri, Əsədabad küçəsi, ev 62-də yaşayan Eldar Miranov şübhəli şəxs qismində saxlanılıb. Keçirilən baxış zamanı Eldar Miranovun üzərindən 6 kiloqram çəkidə narkotik vasitə olan tiryək aşkar edilib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır. Cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində istintaq əməliyyat tədbirlər davam etdirilir./Apa

Xəbər xətti