Bakıda 3 yaşlı qızı elektrik cərəyanı vurub

11:18 - 13 İyun 2019 - HADİSƏ

Bakıda 3 yaşlı qız faciəvi şəkildə ölüb.

Hadisə paytaxtın Nərimanov rayonu M.Arif küçəsi-129 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 2016-cı il təvəllüdlü Abbasova Ləman Rəfael qızını elektrik cərəyanı vurub. 3 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./Apa

Xəbər xətti