Qrizmannın yeni klubunun adı dəqiqləşib

10:44 - 13 İyun 2019 - İDMAN

"Atletiko"nun hücumçusu Antuan Qrizmannın yeni klubunun adı dəqiqləşib.

Madrid klubunun CEO-su Migel Anxel Gil Marin İspaniya mətbuatına açıqlamasında 28 yaşlı futbolçunun "Barselona"ya keçdiyini deyib: "Qrizmann martda "Barselona" ilə anlaşmışdı. O, növbəti mövsüm "Barselona"da çıxış edəcək".

Qeyd edək ki, 2014-cü ilin yayında "Real Sosyedad" 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olan Fransa millisinin üzvü ötən mövsüm "Atletiko"da 48 oyuna 21 qol vurub./qol.az

Xəbər xətti