Şamaxıda 25 yaşlı gənc tutdan zəhərlənib

18:03 - 12 İyun 2019 - HADİSƏ

Şamaxı rayonunda zəhərlənmə hadisəsi olub.

Ucnoqta.az "Report"a istinadın xəbər verir ki, rayon sakini, 25 yaşlı Fəzail Şıxəli oğlu Binyətov öz həyətində tut yeyərkən zəhərlənib.

O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkimlərin müdaxiləsindən sonra vəziyyəti normallaşıb. Hazırda xəstə həkim nəzarəti altında saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti