Ucarda 27 yaşlı gənci avtomobil vurub

13:14 - 12 İyun 2019 - HADİSƏ

Ucar rayonunda 27 yaşlı gənci avtomobil vurub.

Hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb. Belə ki, rayonun Qəzyan kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Əlhüseyn oğlu Rəhimovu yolu qarşı tərəfə keçərkən "VAZ-2107" markalı avtomobil vurub. Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriblər. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti