Qvardiola “Yuventus”un təklifinə cavab verdi

12:10 - 12 İyun 2019 - İDMAN

“Yuventus”un baş məşqçi postuna namizədlər arasında “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanın da adı hallanırdı. Amma katalon mütəxəssis İtaliya klubuna “yox” deyib.

Qvardiola “Yuventus”un çox sərfəli təklifini qəbul etməyib. Bu haqda “Eurosport” məlumat verib. “Yuventus” ona ildə 20 milyon avro ödəməyə hazırdır. Qvardiola isə İtaliya çempionatında işləmək istəmədiyini bildirib.

Böyük ehtimalla “Yuventus”un baş məşqçi postuna Mauritsio Sarri gələcək. İndi “Çelsi”də işləyən italyan mütəxəssisin gələn həftə Turinə yola düşəcəyi deyilir.
Qvardiola “Mançester Siti”də 2016-cı ildən işləyir. Bundan əvvəl “Barselona”nın və “Bavariya”nın baş məşqçisi olub./bizimyol.info

Xəbər xətti