Azərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələyə gəliblər- Foto

İyunun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, iyunun 12-də Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Tarix
11 İyun 2019 [18:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-11 18:37:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin