Prokurorluq İsmayıllıda ailə münaqişə zəminində intiharla bağlı açıqlama yaydı

İsmayıllı rayon prokurorluğu rayon ərazisində 35 yaşlı kişinin özünü yandırması barədə məlumat yayıb.

Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd edib, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat edib.

İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihar etdiyini bildiriblər.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
11 İyun 2019 [15:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-11 15:51:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin