Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

08:02 - 11 İyun 2019 - İDMAN

Milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxacaq.

Yığmamız Bakıda Slovakiya millisini qəbul edəcək. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu gün ilk xalını qazanmağa çalışacaq. E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.

11 iyun  
Avro-2020-nin seçmə mərhələsi
E qrupu 20:00. Azərbaycan - Slovakiya
Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. "Bakcell Arena"/qol.az

Xəbər xətti