Slovakiya millisinin baş məşqçisi: "Meydana qələbə üçün çıxacağıq"

20:53 - 10 İyun 2019 - İDMAN

"Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdrılar. Miroslav Stox xəstələnib. Digər oyunçuların yoluxmaması üçün onu Bakıya gətirmədik".

Bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".

Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlamaq istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq./report

Xəbər xətti