Çernobılda doğulan yeganə qız - Fotolar

17:00 - 10 İyun 2019 - DÜNYA

Bir neçə gündür ki, Çernobıl fəlakəti ilə bağlı çəkilən eyniadlı serial müzakirə olunur.

Serialın gündəmə gəlməsi nəticəsində bir sıra maraqlı məqamlar da üzə çıxıb. Bunlardan biri də fəlakətdən sonra sözügedən bölgədə dünyaya gələn yeganə uşaqla bağlıdır. Söhbət Mariyka adlı qızdan gedir.

Maraqlıdır ki, həmin vaxt Ukrayna hökuməti Mariykanın ailəsinə ev təklif edib. Lakin ailə bu təklifi rədd edərək, fəlakət bölgəsində yaşamağa davam edib.

20 yaşlı Mariyka hazırda Kiyevdə yaşayır və təhsilini paytaxtda davam etdirir.

Mariykanın anası Lydia Sovenko bildirir ki, onlar radioaktiv bölgədən uzaqlaşmaları üçün təzyiqlərlə üzləşiblər:

"Rəsmilər bizim bölgədən getməyimiz üçün çox təzyiq göstərdilər. Hətta qızımın dünyaya gəlməsi ilə bağlı xəbəri gizlətməyə çalışdılar. Bizi evdən qovmaq istəyirdilər. Bəzən təhdid də olunurduq. Amma biz orada yaşamağa davam etdik və səhhətimizdə heç bir problem yoxdur".

Qeyd edək ki, Mariyka 1986-cı ildə baş vermiş qəzadan 13 il sonra dünyaya gəlib./qafqazinfo


Xəbər xətti