Braziliya millisinə itki - Neymar zədələndi

15:04 - 6 İyun 2019 - İDMAN

Futbol üzrə Braziliya yığması ciddi itkiylə üzləşib.

 Qətər komandası ilə yoxlama oyununda (2:0) futbolçu Neymar zədələnib. Topuq bağları qırılan oyunçu meydançanı qoltuq ağacı ilə tərk edib.

Neymarın zədələnməsi Braziliya millisini onu əvəz edəcək futbolçu tapmaq barədə düşünməyə məcbur edib. Belə ki, Neymar iyunun 14-də Amerika Kuboku turnirində Boliviya ilə qarşılaşmada millidə yer almayacaq./qafqazinfo


 


Xəbər xətti