Dünyanın ən varlı qadın müğənnisi seçildi

Amerikalı müğənni-aktrisa Rihanna musiqi dünyasının ən varlı qadın müğənnisi seçilib.

Bu barədə “Forbes”in açıqladığı siyahıda deyilir. Rihanna 600 milyon dollar gəlirlə Madonnanı qabaqlayaraq birinci olub. İkinci yerdə Madonna (570 mln dollar), üçüncü yerdə Selin Dion (450 milyon dollar), dördüncü yerdə isə Beyonsun (400 milyon dollar) adı yer alıb.

Qeyd edək ki, Rihannanın əsas gəliri LVMH şirkəti ilə əməkdaşlıqdan qazandığı pullardır. Bundan başqa, ifaçının “Fenty Beauty” kosmetika brendi var. Məhz bu brendin məhsullarının satışından Rihanna 100 milyon dollar qazanıb. Rihanna Instagram reklamlarından ilə 71 milyon dollar gəlir əldə edib.

Bundan əlavə, müğənni TechStyle Fashion Group şirkəti ilə birgə Savage X Fent brendi altında  tanınan alt paltarı istehsal xəttinə malikdir./oxu.az

Tarix
4 İyun 2019 [23:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-04 23:24:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin