Bakı Uşaq Teatrı uşaqlar üçün bayram şənliyi keçirib

20:23 - 31 May 2019 - Mədəniyyət

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Uşaq Teatrı 59 saylı bağçada bayram şənliyi keçirib.

Ucnoqta.az xəbər verir ki, şənlikdə Elçinin əsəri əsasında Könül Şahbazovanın quruluşunda "Humayın yuxusu" tamaşası nümayiş olunub, uşaqlarla nağıl qəhrəmanları müxtəlif oyunlar keçirib. 1 iyunda isə Qaraçuxur qəsəbəsində yeni salınmış "Neftçilər parkı"nda bayram şənliyi keçirəcək.

Teatr kollektivinin bir hissəsi isə Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Lənkəran Beynəlxalq Teatr Festivalında iştirak üçün qastrol səfərindədir.

10 yerli, 5 xarici teatrın iştirak edəcəyi festivalda teatrın Azərbaycan Xalq Nağılı əsasında İntiqam Soltanın quruluş verdiyi "Göyçək Fatma" tamaşası nümayiş olunacaq.


Xəbər xətti