“Arsenal”ın baş məşqçisi: "İstəyirəm ki, azarkeşlərimiz Bakıya gəlsinlər"

19:03 - 28 May 2019 - İDMAN

Oyunçular və mənim üçün böyük məsuliyyət var. Hədəfimiz qalib gəlməkdir. Bu yolla Çempionlar Liqasına getmək istəyirik. 

Bunu “Arsenal”ın baş məşqçisi Unai Emeri deyib. O sabah keçiriləcək UEFA Avropa Liqasının final görüşü barədə bunları deyib: “Tam yüksək-əhval ruhiyyə ilə oynamağa çalışacağıq. Yarışın özü təkmilləşir. Ötən il də finalda böyük klublar oynayıb.

Dünya futbolu üçün önəmli bir məqamdır. Arsen Venqerin bu klubda etdikləri heyranedicidir. O, kluba futbol mədəniyyəti gətirib. Bu mədəniyyəti qorumaq və təkmilləşdirmək istəyirəm. Ondan çox şey öyrənmişəm. Ona böyük hörmət və etiramım var. “Arsenal” dünyada 10 ən yaxşı komandadan biridir.

Çempionlar Liqasına getmək üçün bu turnirin qalibi olmaq hissinin bizə əlavə üstünlük verdiyini düşünmürəm. Əsas məqsəd titulu əldə etməkdir. Hər iki komandanın əsas hədəfi budur.

Məqsədimiz oyuna yaxşı köklənməkdir. Titul qazanmaq və Çempionlar Liqasına düşmək istəyirik. Bunun üçün çox yaxşı fürsətimiz var. Mən Tbilisidə Super Kubok matçında “Sevilya”ilə “Barselona”ya qarşı oynamışam. UEFA finalın Bakıda keçirilməsinə razılıq veribsə, buna hörmətlə yanaşmalıyıq. Mən də istəyirəm ki, azarkeşlərimiz Bakıya gəlsinlər. “Arsenal”ın Bakıda da azarkeşləri var. Stadionun dolacağına inanıram”.

Qeyd edək ki, sabah “Arsenal” və “Çelsi” finalda qarşılaşacaq. Final görüşü Bakıda saat 23:00-da başlayacaq./oxu.az

Xəbər xətti