Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla səmərəli əməkdaşlığını davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, cari il mayın 22-dən 24-dək  Çin Xalq Respublikasının xüsusi statuslu inzibati ərazisi olan Honq-Konqun Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Komissiyası (ICAC) və Beynəlxalq Anti-Korrupsiya Qurumları Assosiasiyasının (IAACA) birgə təşkilatçılığı ilə “Korrupsiya qarşı mübarizə - yeni perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

50-dən artıq ölkənin 500-dən artıq nümayəndəsinin qatıldığı 7-ci tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya idarəsinin rəisi Səbuhi Alıyev və Baş İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulovdan ibarət nümayəndə heyəti təmsil edib.

Simpoziumda korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslər və yanaşmalar, effektiv qabaqlayıcı tədbirlər, şəffaflıq mühitinin formalaşdırılması və bu sahədə ictimai maarifləndirmə, hüquqpozmaların qarşısının alınması yolları, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası istiqamətində ən yaxşı təcrübələr müzakirə edilmişdir.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə ICAC nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.

Görüşdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə fəaliyyətinin hüquqi və institusional əsasları, reallaşdırılan sistemli tədbirlər, həmçinin Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş geniş miqyaslı islahatlar barədə iştirakçılara ətraflı məlumat verilmiş, qurumlar arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin ICAC tərəfindən təşkil edilmiş korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və cinayət-hüquqi, eləcə də maarifləndirmə tədbirləri istiqamətlərini əhatə edən təlimlərdə iştirak ediblər.

Emin

Tarix
27 May 2019 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 15:47:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin