Britaniya səfiri: Azərbaycan bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir

Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəsi var.

Bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts mətbuat konfransında deyib. Onun sözlərinə görə, Bakı Avropa Liqasının final matçının keçirilməsinə ciddi hazırlaşıb:
“Təhlükəsizlik məsələlərinə gəlincə, təcrübəyə uyğun olaraq, ölkə bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir. Azarkeşlər artıq Azərbaycanla, Bakı ilə və fantastik stadionla tanış olublar”

Səfir əlavə edib ki, Bakıda möhtəşəm oyun keçəcək və hər kəs bundan zövq alacaq:
“Mənim ailəm, dostlarım buraya gəliblər. İctimai nəqliyyatda gedərkən durub yer verirlər.  Biz hər zaman insanların səmimi münasibətini görmüşük. Azərbaycan xalqının istiliyini və qonaqpərvərliyini hər zaman hiss edirik.

Biz “Arsenal” və “Çelsi” klubları, AFFA, eləcə də çoxlu sayda azarkeşlərin Bakıya gəlişini təmin etmək məqsədilə London polisi ilə sıx əməkdaşlıq edirik. Böyük Britaniyadan Bakıya dörd çarter reysi təşkil olunacaq. Daha dəqiq informasiya bir qədər sonra olacaq. Adətən bu cür oyunlar zamanı klublar özləri çarter reyslərinin təşkili ilə bağlı özəl şirkətlərlə danışıq aparır və bu reyslər kiçik aeroportlardan həyata keçirilir”.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək./oxu.az

Tarix
27 May 2019 [12:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 12:37:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin