Ağcabədidə oğul atasını güllələyib

Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyev evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, o, hadisə yerini tərk edib.  M.Tağıyev xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Tarix
27 May 2019 [12:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 12:07:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin