Bərdədə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb

10:05 - 27 May 2019 - HADİSƏ

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Qarabağ Kanalının Bərdə rayonundan keçən hissəsində qanunsuz ov etməkdə şübhəli bilinən rayon sakinləri Mehman Abbasov, Mahmud Nəcəfov, Rafiq Mehdiyev və Kərim Əmrahov saxlanılaraq polis şöbəsinə gətirilib.

Yoxlama zamanı onlardan balıq tutmaq üçün müxtəlif avadanlıqlar, 1 ədəd elektrik cərəyanını artıran cihaz və 29 ədəd müxtəlif növ balıq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbər xətti