Gimnastlarımız Avropa Çempionatında qızıl medal qazanıblar

19:55 - 26 May 2019 - İDMAN

Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aero dans proqramında qızıl medal qazanıb.

Gimnastlarımız 17,800 bal toplayıblar. Azərbaycan komandasının tərkibi: Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva.

İkinci yerə Rusiya komandası çıxıb (17,750 bal), üçüncü yerin qalibi isə rumıniyalı idmançılar olub (17,400 bal).

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova./trend


Xəbər xətti