Həsən Ruhani İlham Əliyevə təbrik məktubu göndərdi

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Respublika günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdiyi gündən bəri İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki qonşu ölkə kimi öz qədim tarixi mədəni və dini ortaqlıqlarına söykənərək, yüksək səviyyəli əlaqələr və gözəl qonşuluq münasibətləri nümayiş etdirib, eləcə də müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməklə iki ölkə xalqının rifah və tərəqqisinin daha artıq yüksəlməsi, regionda sülh və sabitliyin möhkəmləndirilməsi işinə töhfələr vermək barədə qərarlı olduqlarını göstəriblər.

Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqına isə rifah və səadət arzulayıram”.
/oxu.az

Tarix
26 May 2019 [17:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-26 17:47:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin