“Mİ-17” helikopteri qəzaya uğrayıb

12:52 - 25 May 2019 - HADİSƏ

Meksikada “Mİ-17” helikopteri qəzaya uğrayıb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Vale-Verde yaxınlığında, meşə yanğınlarının söndürülməsi zamanı baş verib. Bu barədə ölkənin Hərbi Dəniz administrasiyasından məlumat verilib.

Məlumatda qeyd edilir ki, göyərtədə 7 nəfər olub. Onların taleyi barədə hələ ki xəbər yoxdur.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

Namiq

Xəbər xətti