Eden Azar: "İndi yalnız Bakıdakı finala köklənmişəm"

20:07 - 24 May 2019 - İDMAN

Bakıda keçirəcəyim matç “Çelsi”də son oyunumdur? Mən bu barədə düşünmürəm. 

Bunu “Çelsi”nin lideri Eden Azar deyib.
Fransanın “RMC Sport” telekanalına müsahibə verən ulduz futbolçu İspaniyanın “Real” klubuna transferi ilə bağlı suala cavab verərkən deyib:

“İndi yalnız Bakıdakı finalda kuboku qazanmağı düşünürəm. Önümüzdə finala hazırlaşmaq baxımından əhəmiyyətli həftə var. Oyundan sonra gələcəyim barədə düşünəcəyəm”.
Belçika millisinin üzvü uzaq məsafə qət etmələrindən və Azərbaycanda final oynamalarından narahat olmadığını dilə gətirib:

“Düzdür, yol bir az uzaqdır. Amma görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq. Hər iki klub üçün final böyük andır. “Çelsi”də bu kuboku bir dəfə başım üzərinə qaldırmışam. Amma ikinci dəfə də qazanmaq istəyirəm. Oyuna heç vaxt olmadığı qədər köklənəcəyik və qalib gələcəyik. Azarkeşlər sanki Premyer Liqa matçı izləyəcəklər.

Bir-birinə hörmət edən, əla futbolçulara malik iki komanda üz-üzə gələcək. “Arsenal”ın baş məşqçisinin Avropa Liqasını qazanmağa öyrəşdiyini bilirik. Ancaq finalda şanslar yarı-yarıya olacaq”.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək./oxu.az

Xəbər xətti