Bakıda 17 yaşlı qız itkin düşüb

23:14 - 21 May 2019 - HADİSƏ

Bakıda yeniyetmə qız itkin düşüb.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 11-ci döngədə yaşayan, 2002-ci il təvəllüdlü Əliyeva Aytac İlqar qızı mayın 18-də səhər saat 9 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti