"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanı Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu üçün ölkəmizə gətirib-gətirməyəcəyi bu gün bəlli olacaq.

Ucnoqta.az qol.az-a istinadən xəbər berir ki, London klubu günün sonuna kimi yekun qərarını açıqlayacaq.

Sözügedən nəşr bir neçə gün öncə 30 yaşlı yarımmüdafiəçinin təhlükəsilzik səbəbindən Bakıya gətirilməyəcəyini yazmışdı.

Xatırladaq ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət verib.

Qeyd edək ki, mayın 29-da "Arsenal" və "Çelsi" komandaları arasında olacaq final matçı yerli vaxtla 23:00-da başlayacaq.

Tarix
21 May 2019 [12:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-21 12:11:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin