“AV-8B Harrier” hücüm təyyarəsi qəzaya uğrayıb

06:43 - 21 May 2019 - HADİSƏ

ABŞ-da 2-ci dəniz piyadalarının korpusuna məxsus “AV-8B Harrier” hücüm təyyarəsi qəzaya uğrayıb. Ucnoqta.az “korrespondent.ru”ya istinadən xəbər verir ki, insident şimali Karolina ştatının Heyvlok şəhərində yerləşən aerodrom yaxınlığında baş verib.

Bu barədə mayın 20-si “USNI News” məlumat yayıb.

Məlumatda bildirilir ki, pilot katapult edə bilib. O xəstəxanaya yerləşdirilib.

Hazırda təyyarənin qəzaya uğradığı ərazidə mülki sakinlər arasında xəsarət alanların olub-olmaması və maddi zərər barədə məlumat verilmir. Hadisə yerinə hərbçilər cəlb olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq

Xəbər xətti