Saatlıda 80 yaşlı kişi özünü güllələyib

09:25 - 19 May 2019 - HADİSƏ

Saatlıda intihar hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Musatafabəylikəndində qeydə alınıb. İlkin məlumata görə, 80 yaşlı kişi özünü güllələyib. Hüquq-mühafizə orqanları və təcili yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda intihar edən şəxsin kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti