“Eurovision-2019”-un qalibi məlum oldu - Video

03:11 - 19 May 2019 - Xəbər

Bi gün İsrailin Təl-Əviv şəhərində 64-cü “Eurovision” mahnı müsabiqəsinin final mərhələsi keçirilib. 

Finalda 26 ölkə çıxış edib: Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

Hollandiya təmsilçisi Dunkan Laurens 492 xalla “Eurovision-2019” mahnı müsabiqəsinin qalibi olub. 
İtaliya təmsilçisi Mahmud ikinci yerə, Rusiya təmsilçisi isə Sergey Lazarev isə üçüncü yerə layiq görülüb.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 297 xalla 7-ci yeri tutub. 

Xəbər xətti