İrandan Azərbaycana daxili orqanlarında "metadon" keçirmək istədi

15:13 - 18 May 2019 - Xəbər

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumata əsasən piyada yolla Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Abbasipestekan Alireza Hosseingholi oğlu Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Ucnoqta.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf rəngli sellofana bükülü 3 ədəd büküm müəyyən edilib.

Həmin bükümlərə baxış zamanı 3 ədəd bükümdə 60 ədəd açıq qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M20" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkar olunub.

Xəbər xətti