Eduard Məmmədov yeddinci dəfə Dünya Kubokunu qazandı - FOTO

13:33 - 18 May 2019 - İDMAN

Tanınmış idmançımız Eduard Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən kikboksinq üzrə 25-ci Dünya Kubokunu qazanıb.

O, veteranlar arasında keçirilən döyüşlərin qalibi olub. Bu, onun qazandığı yeddinci Dünya Kubokudur.
Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda geniş heyətlə təmsil olunur. Bu gün yeniyetmə kikboksçularımız mübarizə aparır./oxu.az


Xəbər xətti