Sumqayıtda zavodda ölüm hadisəsi olub

13:21 - 18 May 2019 - HADİSƏ

Sumqayıtda ölüm hadisəsi baş verib.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə Etilen-polietilen zavodunda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Gəncəliyev Fuad Məmmədsəfa oğlunun sanitar qovşaqda qəflətən vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir. Mərhumun nəşi müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti