Rasim Balayev: “Röyanın arzusu ürəyində qalıb” - VİDEO

10:41 - 17 May 2019 - MAQAZİN

Xalq artisti Rasim Balayev Əməkdar artist Röya Ayxanın onun barədə verdiyi açıqlamaya münasibətini bildirib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur aktyor müğənninin “Uşaqlıqda Rasim Balayevi sevirdim. Elə bilirdim ki, böyüyəndə ona ərə gedəcəyəm” sözlərinə belə şərh verib:
“Bu barədə eşitmişəm. Bir dəfə toyların birində məni gördü, yaxınlaşıb dedi. Nə deyim, arzusu olub, amma ürəyində qalıb”.

R. Balayev “Röyanı sənətçi kimi bəyənirsiz?” sualına “Belə də… Ortabab müğənnidir”- deyə cavab verib.
 R. Balayevin açıqlamasını "gecce.az" adlı instaqram səhifəsi paylaşıb. 

Xəbər xətti